Müəllif - Aida İsaq, Banco.az
Avrozona banklarının yüksək faiz dərəcələri əslində gözləntiləri qarşılamaya bilər.
Banco.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının vitse-prezidenti Luis de Guindos bildirib. Onun sözlərinə görə, yüksək faiz dərəcələri bankların xalis gəlirlərinin artmasını təmin edir. Ancaq kredit artımının yavaşlaması fonunda yüksək faiz dərəcələrinin perespektivli nəticələrinin gözləntilərdən bir qədər az ola biləcəyini açıqlayıb.
L.Guindos həmçinin kommersiya daşınmaz əmlak kreditləri ilə bağlı narahatlıqların artdığını xatırladıb. Həmçinin kölgə banklar arasında yüksək həssaslığın regionun müvafiq maliyyə qurumlarına sirayət edə biləcəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!