Youtube-dakı cizgi film kanalına rekord qiymət | Banco.az

Youtube-dakı cizgi film kanalına rekord qiymət

Gündəlik həyatımızda demək olar ki, hər gün istifadə etdiyimiz Youtube kanalları arasında da dəyəri bir şirkətdən daha baha olanları mövcuddur. Bunlardan biri də Little Baby Bum kanalıdır. Kanal qısa zaman öncə Moonbug şirkəti tərəfindən alındı. Bu haqda məlumatı Bloomberg xəbər agentliyi öz mənbələrində paylaşıb.

Kanal 2011-ci ildə Londondan olan bir cütlük tərəfindən yaradılıb. Kanalın 16 milyon istifadəçisi var. Kanalda əsasən uşaqlara aid cizgi filmləri və verilişlər yer almaqdadır. Kanala baxış sayı 2.1 milyard təşkil edir. Kanal Walt Disney Co.-nun keçmiş əməkdaşı Rene Rextman və onun ortaqları Con Robson, Alferd Cab tərəfindən alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rene Youtube-un kanallarının alınmasında ilk dəfə iştirak etmir. 2015-ci ildə Disney şirkəti Maker Studiodan aldığı kanallara görə 650 milyon dollar pul ödəmişdi.

Adı çəkilən Little Baby Bum kanalının dəyəri isə 8-10.5 milyon dollar olaraq qiymətləndirilir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et