“Yoluxma sayı artacaq” - Baş infeksionist karantin rejiminin uzadılmasını istədi | Banco.az

“Yoluxma sayı artacaq” - Baş infeksionist karantin rejiminin uzadılmasını istədi

"Karantin rejiminin daha 2 həftə uzadılması gözlənilir. Hazırkı situasiya bunu diqtə edir."

Bunu  respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, yoluxma sayında müəyyən stabilləşmə müşahidə edilsə də, bu, virusun tamamilə yox olması anlamına gəlmir:

“Dünən ilk dəfə yoluxanların sayı 500-lərdən 493-ə düşdü. Əsas bu stabilləşmənin növbəti günlərdə də müşahidə edilməsinə nail olmaqdır. Yoluxma sayında azalma əhəmiyyətli dərəcədə olarsa, sərt karantinin yumşaldılmasından söhbət gedə bilər”.

Baş infeksionist deyib ki, orduya dəstək məqsədilə ötən günlərdə əhalinin aksiyaya toplaşması yoluxma sayının artımına səbəb olacaq.

modern.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et