Yolda keçən zamanı necə faydalı etmək olar? | Banco.az

Yolda keçən zamanı necə faydalı etmək olar?

Gündə 2-3 saat, həftədə 10-15 saat — bir il boyunca yolda tam 1 ayımızı itiririk! Bu vaxtdan səmərəli istifadə etmək üçün nə etmək olar? İşə və ya evə gedərkən sosial şəbəkələrdə oturmaq və ya pəncərədən kədərli şəkildə ətrafı seyr etmək lazım deyil. Daha maraqlı və hətta inkişaf etdirici fəaliyyət tapa bilərsiniz. Yolda hədər yerə ötən vaxtı mümkün qədər məhsuldar edin.

Həmçinin oxu: Əmək məhsuldarlığını necə artırmaq olar?

“Time-management” üzrə mütəxəssis Anna Vsexsvyatskaya tövsiyələrini “psychologies.ru” ilə paylaşıb.

1. Mobil telefonunuzu sahmana salın

Smartfon sizin virtual məkanınızdır. Eviniz kimi onu da səliqəli saxlamalısınız. Gərəksiz faylları telefonunuzdan silmək üçün hər gün bir neçə dəqiqənizi ayırın. Skrinşotlar (ekran görüntüləri), vaxtı keçmiş qeydlər, dostların “whatsapp” qrupuna göndərdiyi şəkillər, fotoların surətləri və s. — artıq nə varsa, telefonunuzdan silin.

Daha sürətli və asan işləmək üçün köməkçilərdən, yəni qalereyanı təmizləməyi asanlaşdıran xüsusi tətbiqlərdən istifadə edə bilərsiniz. Boş giqabayt uğrunda mübarizədə bütün vasitələr yaxşıdır.

2. İş və istirahətinizi planlaşdırın

Siyahı tərtib etməyi xoşlayırsınız? Xeyr? Deməli, müasir tətbiqlərdən istifadə etməmisiniz. Misal üçün, kağız gündəliyinizi planlaşdırma tətbiqetmələri ilə əvəz etməyə çalışın. Planlaşdırma 10 qat daha asan və daha əyləncəli olacaq. Yolda dəftər və qələmlə müqayisədə tətbiqetmələrlə işləmək daha rahatdır.

Həftəlik alış-veriş siyahısı yazın, menyunu planlaşdırın, ev işlərinə dair bir siyahı tərtib edin, növbəti bayramda dostlarınıza və ailə üzvlərinizə hansı hədiyyələri alacağınızı qeyd edin. Ən ruhlandırıcı variant gələcək səyahətinizi

planlaşdırmaqdır: İstiqamət seçin, biletlərin və otellərin qiymətinə baxın, ala biləcəyiniz suvenirləri araşdırın.

3. Biliyinizi artırın

Hər birimizin vaxt ayıra bilmədiyimiz vacib işlər var: İngilis dilini inkişaf etdirmək, bütün “Instagram”ın müzakirə etdiyi kitabı oxumaq, maraqlı bir mövzuda audio mühazirələr dinləmək və s. Bunun üçün, həqiqətən, vaxtınız yoxdur? İşə gedərkən isə iki saat pəncərədən çölə baxırsınız?

Mobil telefon və ya planşetinizi 100% şarj edin, güclü bir xarici batareya götürün və irəli! Xarici sözlər öyrənin, audio-kitabları dinləyin, video dərslərə və mühazirələrə baxın, elektron kitablar oxuyun. Fəaliyyətləri həftənin günlərinə görə paylaşdıra bilərsiniz: Bazar ertəsi audio-mühazirələri dinləyin, çərşənbə axşamı ispan dilini öyrənin və çərşənbə günü kitab oxuyun. Və ya hamısını eyni gündə ardıcıl olaraq edin, ancaq az-az. Beləliklə, yorulmağa fürsət tapmadan yolda vaxtınızı məhsuldar keçirəcəksiniz.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Ən keyfiyyətli və münasib qiymətli qulaqlıqlar hansılardır? – ARAŞDIRMA

4. Məşq edin

Beyninizi məşq etdirin. Yaddaşınızı işə salın: Şeir əzbərləmək və onu öz-özünə demək hafizəni möhkəmləndirmək cəhətdən çox xeyirlidir.

5. İşə köklənin

Elektron poçtunuzu yoxlayın, kommersiya təklifləri göndərin, həmkarınıza zəng edin və cari iş məsələlərini həll edin, görüş təyin edin və gələcək layihəni nəzərdən keçirin. Amma söhbəti çox uzatmayın!

6. Ünsiyyət qurun və dincəlin

Uzun müddətdir, şəxsi inkişaf təliminə getmək istəyirsiniz, ancaq vaxt yoxdur? Metroda və ya avtobusda hər səfər özlüyündə mini-treninqdir. Məsələn, “LinkedIn”də bir əcnəbi həmkarınızla söhbət etməyə başlayın. Həm xarici dili təkmilləşdirmiş, həm tanışlıq şəbəkənizi genişləndirmiş, həm də əhvalınızı yüksəltmiş olarsınız.

7. Sakitləşin və gərginliyinizi azaldın

Bəzən çətin iş günündən sonra yuxarıda sadalananların heç birini etməyə həvəsiniz qalmaya bilər, təbiidir. Bu zaman sadəcə təbiətin səsini dinləmək, yaxud da zövq aldığınız musiqilərə qulaq asa bilərsiniz. Fərqli vəziyyətlər üçün bir neçə musiqi siyahısı hazırlayın. Məsələn, relaksasiya üçün musiqi, enerjili mahnılar və ya sədaları altında rəqs etməkdən həzz aldığınız mahnıların hit-paradı.

8. Günü yekunlaşdırın

İş günü bitdi, evə gedirsən və axşamı ailənin yanında necə keçirəcəyini düşünürsən. Bu günün necə keçdiyini xatırlayın və özünüzü tərifləmək üçün 5 səbəb tapın. Əhəmiyyətli bir müqavilə bağlamısınız və ya, nəhayət, iş masanızı səliqə-sahmana salmısınız, fərq etməz. Miqyasından asılı olmayaraq bütün uğurlarınızı qeyd edin və zehni “uğur gündəliyiniz”də saxlayın. Bu təcrübəni müntəzəm olaraq yerinə yetirsəniz, özünüzə əla əhval-ruhiyyə və yüksək özünəhörmət bəxş edəcəksiniz.

Həmçinin oxu: Hədəflərinizə hələ də çatmamısınızsa, bunlara əməl etməlisiniz

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et