Yeni Zelandiyaya miqrant axını rekord vurub | Banco.az

Yeni Zelandiyaya miqrant axını rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni Zelandiyaya rekord miqrant axını işçi çatışmazlığını azalda bilər.

Banco.az xəbər verir ki, Yeni Zelandiya inflyasiyaya səbəb olan işçi çatışmazlığını aradan qaldırmağa çalışdığı bir vaxtda rekord sayda miqrant axını ilə qarşı-qarşıyadır.

Paytaxt Vellinqtonda yerləşən Yeni Zelandiya Statistika Komitəsinin bugünkü bəyanatında qeyd edilib ki, martın 31-də başa çatan maliyyə ilində ölkədə xalis miqrasiya sayı 65 min 440 nəfərə çatıb ki, bu da 2020-ci ilin avqustundan bəri müşahidə olunan ən böyük illik göstəricidir. 

Fevral ayına qədər olan 12 aylıq dövrdə isə xalis miqrasiya sayı 25 min 902 nəfər təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən dövrdə ölkəyə rekord sayda - 88 min 900 nəfər xarici vətəndaş gəlib, ölkəni isə 23 min 500 nəfər Yeni Zelandiya vətəndaşı tərk edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et