Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiyada istehlak inflyasiyası üçüncü rübdə ötən iki ilin ən aşağı səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, çərşənbə axşamı günü açıqlanan Yeni Zelandiya Statistikasından əldə olunan məlumatlarına görə, ölkədə istehlak qiymətləri əvvəlki illə müqayisədə 5,6 faiz artıb.
Bu göstərici ikinci rübdəki 6 faiz artımdan geri qalıb.
Qeyd edək ki, ölkədə ərzaqdan tutmuş mənzilə qədər hər şeyin qiyməti artarkən, bu rəqəm hələ də mərkəzi bankın 1-3 faizlik hədəf aralığından xeyli yuxarıdır.
Onu da bildirək ki, statistiki məlumatlar Yeni Zelandiya Ehtiyat Bankının (mərkəzi bank) noyabr iclasında faiz dərəcələrini artırmayacağına dair fikirləri dəstəklədiyi üçün Yeni Zelandiya dolları 0,44 faiz ucuzlaşaraq 0,5903 ABŞ dollarına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!