Yeni kriptovalyuta: EOS nədir, necə işləyir? | Banco.az

Yeni kriptovalyuta: EOS nədir, necə işləyir?

Blockchain bazalı, çox istifadə edilən bir platforma – EOS!

Blockchain texnologiyasının bir çox müxtəlif sahələrdə istifadə olunduğundan xəbərdarıq. Xüsusilə, Ethereum, Waves kimi platformalar sayəsində blockchain layihələri də getdikcə yayılmağa başladı. Elə həmin mərhələdə xüsusilə tərtibatçıların rahatlığını təmin edəcək yeni layihə olan EOS qarşımıza çıxır. Gəlin birlikdə EOS-un nə olduğunu nəzərdən keçirək.

EOS nədir?

EOS əslində bir əməliyyat sistemi olaraq təsəvvür oluna bilər. Blockchain əsaslı və üzərində tətbiq qurulmasına imkan verən platformadır. Əslində, birbaşa olaraq Ethereum-un rəqibi kimi səciyyələndirilə bilər, ancaq Ethereum-dan gərqli olaraq paralel əməliyyat etmə xüsusiyyəti sayəsində EOS daha sürətli və çoxlu sayda əməliyyat etməyə imkan yaradır. EOS kriptovalyuta olmaqla yanaşı, blockchain üzərində qurulan bir əməliyyat sistemidir. Tərtibatçılar bu əməliyyat sistemində tətbiqlər reallaşdıra bilərlər.

EOS necə işləyir?

Digər əksər kriptovalyuta vahidlərinin iş üsulu olan “Proof of Work”, yəni “işin sübut edilməsi” tərzindən savayı EOS “Proof of Stake”, yəni “varlığın sübut edilməsi” olaraq adlandırıla bilən sistemlə işləyir. PoS üsulunda qrafik kartlarla mədənçilik kimi bir şey yoxdur. Bunun əvəzinə, istifadəçilər sərmayə qoyaraq coinlərə sahib olurlar və müəyyən fasilələrlə yeni coinlər əldə edə bilirlər. Məsələn, sistem hər ay 2 % nisbətində sahib olduğunuz coin miqdarında coini sizə mükafat olaraq verir. İlk əvvəl 100 coinə sahib olan biri ayın sonunda 102, növbəti ayın sonunda isə 104.04 coinə sahib olur.

EOS platformasınd coinə sahib olmağınız bu böyük blockchain əməliyyat sistemində fəaliyyət göstərməyə haqqınız olduğunu göstərir. Yəni, EOS coininiz varsa, bu əməliyyat sistemindən istifadə edə, yeni tətbiqlər qura və blockchain istifadə edə bilərsiniz. Digər valyutaların əksinə olaraq, EOS üzərində bir sistem qurduqda ödəniş etməyinizə ehtiya yoxdur. Yalnız EOS-a sahib olmağınız kifayətdir.

EOS gələcək vəd edir!

Bəzi digər böyük layihələrinin də (STEEMIT, Bitshares) tərtibatçısı olan Dən Larrimer tərəfindən hazırlanan EOS indiyə qədər ortaya çıxan layihələrin içərisində Ethereum-a yeganə rəqib ola biləcək coindir və yaxın müddətdə uğur qazanacağını söyləmək olar. Hələ coin satışları davam edən layihə önümüzdəki illərdə daha fəal olaraq istifadə edilməyə başlanıldıqda, bizləri yaxşı şeylərin gözlədiyini deyə bilərik.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et