Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir | Banco.az

Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir

Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edən Yelo Bank-dan daha bir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində fiziki və hüquqi şəxslər ənənəvi POS terminal olmadan bank kartları, smartfon və ya ağıllı saatlardan ödəniş qəbul edə biləcəklər. 

Mobil POS xidməti nədir? Mobil POS ənənəvi POS terminallara müasir alternativdir. O, NFC dəstəkli android smartfon və ya planşeti tam funksional POS terminala çevirir, bizneslərə ödənişləri rahat və səmərəli şəkildə qəbul etməyə imkan verir. 

Mobil POS ənənəvi analoqlarından bir çox üstünlükləri ilə fərqlənir. İlk növbədə portativ və rahat olmaqla, istənilən vaxt, istənilən yerdə əməliyyatlar aparmağa fürsət yaradır. Müştərilərə bank kartından tutmuş, ağıllı saata kimi istənilən təmassız vasitə ilə ödəniş imkanı verir, bu da artan müştəri məmnuniyyəti deməkdir. Sahibkarların isə daha bahalı POS terminala ehtiyacı qalmır. Bunun üçün sadəcə Google Play-dən “Yelo Mobile Pos” və “tapXphone” mobil tətbiqlərini Android cihaza yükləmək lazımdır. Sadə interfeys və sürətləndirilmiş quraşdırma sayəsində satış prosesi daha da rahatlaşır.

Yelo Bank-ın Mobil POS xidməti əsasən kiçik və orta biznes sahibləri, taksi və çatdırılma xidmətləri üçün daha əlverişlidir. Xidmətə qoşulmaq isə tamamilə pulsuzdur. Yelo Bank bu yenilik münasibətilə əlavə kampaniya da elan edir. Belə ki, 31.07.2024 tarixinədək Mobil POS xidmətinə qoşulacaq sahibkarlar növbəti 3 ay ərzində əməliyyatlar üçün heç bir komissiya ödəməyəcəklər. Bununla yanaşı, biznes kart Bank tərəfindən hədiyyə edilir. Eyni zamanda, Mobil POS xidmətinə bağlı olan hesabdan nağdlaşdırmaya görə heç bir komissiya tutulmayacaq. Qeyd edək ki, xidmətə qoşulan sahibkarlar üçün cari hesabın açılması pulsuzdur.

Ən sərfəli kredit üçün müraciət et

Nağdsız ödənişlərə tələbin hər keçən gün artdığı bu dövrdə Yelo Bank-ın Mobil POS xidməti sahibkarlara satışlarını artırmağa yardımçı olacaq.

Xidmətə qoşulmaq üçün istənilən Yelo Bank filialına yaxınlaşa və ya 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Daha ətraflı: http://bit.ly/moblpos

Bankdan POS terminal almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!