Yaxın gələcəkdə Azərbaycan vətəndaşları sığorta şirkətlərini seçdikdə onların reytinqindən yararlana biləcəklər. Ölkədə fəaliyyət göstərən şirkətlərin keyfiyyət reytinqinin yaradılması nəzərdə tutulur. Bu məsələ Azərbaycan Sığortaçılar Assosiasiyasının könüllü sığorta komitəsinin iclasında müzakirə edilib. ASA-nın məlumatına görə, "yaxşı" və "pis" sığorta şirkətlərini müəyyən etmək üçün şirkətlərin müştərilərinin və şikayətlərin sayı, müqavilələrin və ona nisbətdə məhkəmələrinin sayı, xidmət keyfiyyəti, ödənişin orta statistik göstəriciləri və digər göstəricilər nəzərə alınacaq.
Qeyd edək ki, sığorta şirkətlərinin “xalq reytinqi”nin tərtib olunması təcrübəsi dünyanın müxtəlif ölkələrində mövcuddur. Bu reytinqlər şirkətlərin nə dərəcədə səmərəli və peşəkar işlədiyini müəyyən edəcək. Bu, müştərilərin şirkətləri vacib göstəricələrə görə seçməsinə yardım edəcək.
Mənbə: fins.az