Yaşadıqları uğursuzluqlara baxmayaraq 3 böyük iş adamının UĞUR HEKAYƏLƏRİ | Banco.az

Yaşadıqları uğursuzluqlara baxmayaraq 3 böyük iş adamının UĞUR HEKAYƏLƏRİ

Uğursuzluğu yaşamaq çox vaxt uğur üçün daha çox çalışmağa səbəb olur. Həyatda hər zaman işlər yolunda getmir. O zaman pessimist olmamaq, çalışmağa davam etmək sizi bir gün dünyanın ən uğurlu insanları arasına sala bilər. Yaşadıqları bəzi uğursuzluqlara rəğmən uğur qazanmış 3 böyük təşəbbüskarın hekayəsi budur!

1) Warren Buffet

19 yaşında Harvard Biznes Məktəbindən rədd cavabı aldı. Pessimist ola bilərdi lakin atasının ona olan inancı, geri çəkilməmək üçün çox böyük bir səbəb idi. Harvard zərbəsindən sonra Kolumbiyaya gedərək burada 2 investisiya mütəxəssisi ilə bərabər Berkshre Hathaway şirkətinin təşkilati prinsiplərini formalaşdırdı. Bu təşəbbüskarlıq da ilk başlarda uğursuzluğa düçar oldu. Lakin Buffet yenə uğursuzluqdan qidalandı və bugün multi-milyard dollarlıq olan bu şirkətin rəhbəridir. Buffet qarşılaşdığı bütün məğlubiyyətlərin həyatını daha yaxşıya dəyişdiyini və əngəlləri fürsətlərə çevirdiyini düşünür.

2) Arianna Huffington

Onlayn nəşrlər sferasında ən önəmli adlardan biri Huffington. O da uğursuzluq ilə qarşı qarşıya qaldı. İkinci kitabı çapa qəbul edilmədən nə az nə çox 36 fərqli nəşriyyatdan rədd cavabı almışdı. Huffington Post 2005-ci ildə təsis edildi. Təsis edildiyi ilk andan etibarən çox da populyar deyildi. Təndiqçilər Huffington Post-u çox sərt tənqid etdilər, kefiyyətini aşağı gördüklərini deyərək potensialını görməzdən gəldilər. 2011-ci ildə isə Huffington Post 1 milyarddan çox izləmə aldı.  Arianna Huffington, uğuusuzluğu qəbul etmədi və hədəfinin ardından getdi, bunun sayəsində o Arianna Huffington oldu.

Ən sərfəli kredit üçün müraciət et

3) Sir James Dyson

Dyson tozsoranlarını eşitmiş ola bilərsiniz. Tozsoranla tanınan bir adam olması Dyson üçün heç də asan olmadı. Öz kriteriyalarına uyğun olan bir tozsorana sahib olmaq üçün 5126 ədəd prototip üstündə işlədi. Yaratdığı tozsoranlar İngiltərədə heç bir marağa səbəb olmadı. Bir müddət həyat yoldaşının maaşı ilə yaşadılar. Ən sonda tozsoranını Yaponiyaya götürdü və tozsoran orada böyük marağa səbəb oldu.

Müəlliflik ödənişləri sayəsində İngiltərədə bir araşdırma kompleksləri və fabrik quruldu. Beləliklə torbasız elektrikli tozsoran modeli beynəlxalq uğura imza atdı. Dyson, hədəf kütləsini də doğru seçməyi bacarmamışdı, çünki İngilis müştərilər tozsorana çox maraq göstərmirdilər amma Yaponiya doğru bazar idi. 5126 prototip istehsal edəcək qədər, işini sevgi ilə edən Dyson əl çəkmədiyi üçün indi istədiyi yerdədir.

İlkin Mirzəzadə, bizplus.az