Müəllif: Tamara Mustafayeva, Banco.az
Kərkük-Ceyhan neft kəməri İraq neftini Aralıq dənizi sahilindəki Ceyhan terminalına nəql edir və oradan da neft tankerlərlə dünya bazarlarına göndərilir.
Banco.az xəbər verir ki, Türkiyə yarım əsrdən bəri qüvvədə olan bu müqavilənin hazırkı şərtlərinin günümüzün ehtiyaclarını qarşılamaqdan uzaq olduğunu və yeni bir mərhələyə keçilməsinin vacibliyini bildirir.
Türkiyə ilə İraq arasında 27 avqust 1973-cü ildə imzalanan və 1975-ci ildə Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minən Xam Neft Boru Kəməri Anlaşması 27 iyul 2026-cı il tarixindən etibarən sona çatacaq. Bu müqavilə çərçivəsində inşa edilən Kərkük-Ceyhan neft boru kəməri təxminən yarım əsrdir İraq neftini Türkiyə vasitəsilə dünya bazarlarına daşıyır.
Zamanla tərəflər arasında əməkdaşlıq 1976, 1981, 1986 və 2011-ci illərdə əlavə protokollar, anlaşma memorandumu və müqavilələrlə genişləndirilib. Enerji sahəsində uzun illər boyunca iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edən bu müqavilələr toplusu qüvvədə olduğu müddət ərzində milyonlarla barel neftin Ceyhana daşınmasına imkan yaradıb.
Bizi sosial şəbəkələrdən izləyin!!