Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı "Audi" ABŞ-ın Corciya ştatında yeni zavod tikintisinə 4,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Trampın sözlərinə görə, "Audi" gələn ay Meykon şəhəri yaxınlığında ildə 200 min avtomobil istehsal etmək gücünə malik zavodun tikintisinə başlayacaq. O, bu sərmayəni ABŞ-ın müasir tarixində avtomobil sənayesinə qoyulan ən böyük investisiyalardan biri kimi qiymətləndirib.
"Audi" şirkətinin baş direktoru Gernot Döllner də mitinqdə çıxış edərək ABŞ-da istehsal qurmaq niyyətini təsdiqləyib.
Tramp yeni investisiya qərarını administrasiyasının tətbiq etdiyi gömrük tarifləri ilə əlaqələndirib. Onun fikrincə, tariflər olmasaydı, avtomobil istehsalçısı istehsalını ABŞ-a köçürməzdi. Prezident daha əvvəl də Almaniya və Yaponiya da daxil olmaqla digər ölkələrdən avtomobil istehsalının ABŞ-a keçirilməsini tarif siyasətinin nəticəsi kimi təqdim edib.
ABŞ-da yerli istehsalın genişləndirilməsi avtomobil istehsalçılarına idxal tariflərinin təsirini azaltmağa imkan verə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
