Yaponlar elektrikli avtomobilin akkumulyatorunun ömrünü artıran cihaz istehsal etdilər | Banco.az

Yaponlar elektrikli avtomobilin akkumulyatorunun ömrünü artıran cihaz istehsal etdilər

Müəllif:Mehin Qasımova/Banco.az

Böyük enerji korporasiyası Osaka Gas-a məxsus Yaponiyanın KRI tədqiqat mərkəzi elektrik avtomobilləri üçün litium-ion batareyalarının istismar müddətini beş dəfədən çox artıra bilən  cihaz hazırlayıb. 

Banco.az xəbər verir ki, Yaponiyanın Sankei qəzetinin məlumatına görə, gələn il yeni tip akkumulyatorlar şirkət daxilində sınaqdan keçiriləcək və 2027-ci ildə onlar sınaq üçün maraqlı müştərilərə təhvil veriləcək .

KRI cihazı  gücü 30 kVt/saat olan bir litium-ion batareya ilə işləyən elektrik avtomobilinə 160 min km əvəzinə, ümumilikdə 800 min km-dən çox məsafə qət etməyə imkan verir.

Bu cür cihazların xidmət müddətinin kəskin artması, iqtisadi səmərə ilə yanaşı, tükənmiş batareyaların təkrar emalı probleminin şiddətini azaldacaqdır. Qəzet qeyd edir ki, elm adamları elektrik nəqliyyat vasitələrinin daha çox qəbul edilməsi ilə bu məsələnin getdikcə daha vacib olacağını düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et