Müəllif: Tamara Mustafayeva, Banco.az
"SpaceX" şirkəti Yaponiyanın Ayın səthinə enməsi planlaşdırılan kosmik raketini fəzaya buraxıb.
Banco.az xəbər verir ki, 11 dekabr tarixində İlon Maskın şirkəti “SpaceX”in “Falcon 9” raketi ilə Yaponiyanın kosmik startapı “Ispace”şirkətinə məxsus kosmik gəmi və NASA-ya aid peyk Ayın orbitinə buraxılıb.
“Hakuto-R” proqramının ilk missiyası çərçivəsində şirkətin “Series 1” kosmik gəmisi tərəfindən icra edilən bu missiya uğurlu olarsa, sözügedən raket Yaponiyanın Aya enən ilk kosmik gəmisi, həmçinin Aya enən ilk kommersiya kosmik gəmisi olacaq.
Əvvəlcə noyabrın sonuna planlaşdırılan buraxılış iki dəfə təxirə salındıqdan sonra ABŞ-ın Florida ştatındakı Kanaveral Kosmik Qüvvələri bazasında baş tutub.
Qeyd edək ki, ABŞ və Çin arasındakı kosmos rəqabəti və Maskın Mars proqramı bir çox başqa şirkətləri də kosmos sahəsində layihələr həyata keçirməyə sövq edir. Maskın Marsı koloniyalaşdırmaq məqsədinə bənzər olaraq “Ispace” də Ayı yaşayış üçün əlverişli bir ticarət mərkəzinə çevirməyi və 2040-cı ilə qədər burada min nəfərlik bir qəsəbə qurmağı hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!