Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada baza inflyasiya iyun ayında düyü qiymətlərindəki artımın zəifləmə əlamətləri göstərməsi fonunda 29 aydır davam edən 3,7 faizlik zirvədən geriləyərək 3,3 faizə düşüb.
Banco.az xəbər verir ki, təzə ərzaq məhsullarının nəzərə alınmadığı bu göstərici, iqtisadçıların gözləntiləri ilə uyğun gəlib.
Ölkədəki ümumi inflyasiya səviyyəsi isə may ayındakı 3,5 faizdən 3,3 faizə enib. Lakin bu, Yaponiyanın Mərkəzi Bankı (BOJ) tərəfindən hədəflənən 2 faizlik səviyyəni üstələyən ardıcıl 39-cu ay deməkdir.
BOJ-un yaxından izlədiyi və həm təzə ərzaq, həm də enerji qiymətlərini istisna edən “əsas-əsas” inflyasiya göstəricisi isə may ayındakı 3,3 faizdən iyun ayında 3,4 faizə yüksəlib.
May ayında ən sürətli artım göstərən düyü qiymətləri isə illik əsasda 101,7 faizdən 100,2 faizə cüzi bir eniş göstərib.
İlin əvvəlində hökumətin düyü ehtiyatlarını bazara çıxarmasının ardından qiymətlərdə azalma başlasa da, səviyyələr hələ də yüksək olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!