Yaponiya və ABŞ şirkətləri çip texnologiyası üzrə konsorsium yaradırlar | Banco.az

Yaponiya və ABŞ şirkətləri çip texnologiyası üzrə konsorsium yaradırlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya və ABŞ şirkətləri çip texnologiyası üzrə “US-JOINT” konsorsiumu yaradırlar.

Banco.az xəbər verir ki, Yaponiya və ABŞ-da yerləşən istehsalçılar yarımkeçirici çip bazarında bazar payını artırmaq və təchizat zəncirlərini gücləndirmək məqsədi ilə əməkdaşlıq imkanlarını artırmağa çalışırlar.

Yaponiyanın çip materialları istehsalçısı olan "Resonac Holdings" yarımkeçirici texnologiyalarının inkişafı sahəsində əməkdaşlıq etmək üçün Yaponiya və ABŞ şirkətləri ilə konsorsium yaradacaq.

Şirkətdən edilən açıqlamaya görə, yeni “US-JOINT” konsorsiumu ABŞ-ın San-Fransisko bölgəsində yüksək texnologiya, innovasiya və sosial media şirkətlərinin “qlobal mərkəzi” kimi tanınan Silikon Vadisində yerləşəcək.

Ən sərfəli kredit üçün müraciət et

İstehsal müəssisəsi 2025-ci ildə tam istifadəyə veriləcək "US-JOINT" çiplərin qablaşdırılması, yığılması və sınaqdan keçirilməsi kimi tanınan "back-end prosesləri" inkişaf etdirməyə diqqət yetirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et