Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar anti-Rusiya sanksiyaları çərçivəsində Rusiyaya əlavə 164 kateqoriyalı malın ixracına qadağa qoyub.
Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin bəyanatında deyilir.
Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, avtomobil mühərrikləri, üzən kranlar, üzən sualtı qazma və hasilat platformaları, termostatlar, ağac emalı maşınları və sair mallar daxildir.
Qeyd edilənə görə, məhdudiyyətlər aprelin 17-dən qüvvəyə minir. Rusiya tərəfi əvvəllər də dəfələrlə sanksiyaları qeyri-legitim və səmərəsiz adlandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!