Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya hökuməti ixrac nəzarətinə məruz qalan məhsulların siyahısına 23 məhsul əlavə edəcək.
Banco.az xəbər verir ki, Yaponiya hökuməti yarımkeçirici çip istehsalı materiallarının Çinə ixracına nəzarəti gücləndirəcəyini açıqlayıb.
Müvafiq olaraq, hökumət Çinə ixrac edilən və müəyyən məhdudiyyətlərin tətbiq edildiyi yarımkeçirici istehsal materiallarının siyahısını daha da genişləndirəcək.
Qərara əsasən, ixrac nəzarətinə məruz qalan məhsulların siyahısına 23 adda məhsul əlavə olunacaq. Bu addım şirkətlərin Çinə ixracını çətinləşdirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!