Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya 1 milyondan çox xarici işçi cəlb etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, dövlət televiziyası olan “NHK”nin xəbərinə görə, hökumət 2029-cu ilin mart ayına qədər 1 milyon 231 min 900 ixtisaslı işçinin Yaponiyaya cəlb edilməsini nəzərdə tutan planın layihəsini təqdim edib.
Planın birinci mərhələsi çərçivəsində Yaponiyaya 19 sahə üzrə 805 min 700 ixtisaslı işçinin qəbul edilməsi gözlənilir. İxtisaslı işçilərin əsasən ərzaq məhsullarının istehsalı, sənaye istehsalı və texniki xidmət sahələrində məşğulluğunun təmin edilməsi hədəflənir.
İkinci mərhələdə isə Yaponiyada inşaat, sənaye istehsalı və qida sektorlarında üç il müddətində təlim keçərək ixtisaslı kadr səviyyəsinə çatdırılacaq 17 sahə üzrə ümumilikdə 426 min 200 nəfərin qəbul edilməsi planlaşdırılır.
Yaponiyada işçi qüvvəsinə olan tələbatın ödənilməsini və məhsuldarlığın artırılmasını hədəfləyən hökumətin bu planı yanvar ayında Nazirlər Kabinetinin təsdiqinə təqdim edəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
