Müəllif: Tamara Mustafayeva, Banco.az
“Xiaomi” “Tesla” ilə rəqabətə hazırlaşır: Standart SU7-nin qiyməti açıqlanıb.
Banco.az xəbər verir ki, çinli smartfon istehsalçısı “Xiaomi” şirkəti “Porsche”dən üslub nümunələri götürən və qiyməti “Tesla”nın Model 3-dən aşağı olan idman üslublu elektrik avtomobilini təqdim edib.
Bununal da, şirkət Çində onsuz da rəqabətin yüksək olduğu elektromobil bazarına daxil olub.
İki saat davam edən tədbirdə “Xiaomi”nin baş direktoru və təsisçisi Lei Jun standart SU7 elektrik avtomobil modelinin 215 min 900 yuan (29 872,02 dollar), Pro və Maximum versiyalarının isə müvafiq olaraq 245 min 900 yuan və 299 min 900 yuana satılacağını açıqlayıb.
Xatırladaq ki, “Tesla”nın Model 3 elektromobilinin qiyməti Çində 245 min 900 yuandan başlayır.
Smartfonları və geniş çeşiddə sərfəli cihazları ilə tanınan “Xiaomi” SU7 elektrik avtomobili üçün artıq sifariş qəbul etməyə başladığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!