Xarici dövlətlərin nümayəndələrinə səyyar vergi yoxlamalarında iştirak hüququ verilib | Banco.az

Xarici dövlətlərin nümayəndələrinə səyyar vergi yoxlamalarında iştirak hüququ verilib

Xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinə Azərbaycanda və ya Azərbaycan nümayəndələrinə isə həmin ölkədə fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak etmək hüququ verilib.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirliyin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Dəyişikliyə görə, Azərbaycanın vergi orqanının rəhbəri (müavini) xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsi səyyar vergi yoxlamalarında iştirak etməsi üçün qərar qəbul etməli, onların iştirakının əsasları göstərilməli, həmçinin xarici ölkənin orqanının və nümayəndələrinin adları göstərilməlidir.

Bundan başqa,qərara əlavə edilmiş yeni bəndə əsasən, səyyar vergi yoxlamasını keçirən yoxlayıcılara əmtəəsiz və riskli əməliyyatlar aparması aşkar edilən şəxsə riskli vergi ödəyicisi olması barədə qərar çıxarılması üçün tədbirlər görmək hüququ verilir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram