Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar proqnozlaşdırılandan 139,6 dəfə çox olub | Banco.az

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar proqnozlaşdırılandan 139,6 dəfə çox olub

Xarici dövlətlərə verilmiş kreditlər üzrə 2020-ci ildə dövlət büdcəsinə daxilolmalar proqnozlaşdırılandan 139,6 dəfə çox olub.

Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2020-ci il dövlət büdcəsinə xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 milyon 381 min manat proqnozlaşdırılsa da, daxilolmaların həcmi 332 milyon 453,4 min manat olub. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram