Xalq Bankdan kommersiya təyinatlı ipoteka krediti | Banco.az

Xalq Bankdan kommersiya təyinatlı ipoteka krediti

ASC “Xalq” Bankı müştərilərinin bütün seqmentlərinə ünvanlı kredit məhsullarını təklif etməkdə davam edir. Bank ofis, ticarət, istehsal və digər kommersiya təyinatlı daşınmaz əmlak və qeyri-yaşayış sahələrinin alınması üçün ipoteka kreditini təqdim edir. İpoteka fiziki və hüquqi şəxslərə 10 ilədək müddətə, illik 12%-dən başlayan faiz dərəcəsi ilə təklif olunur. Kreditin minimal məbləği 50 000 manatdır, maksimal məbləğ müştərinin müraciəti əsasında kredit qiymətləndirilməsi sonrası təyin edilir. Kreditin şərtlərinə görə alınan kommersiya təyinatlı daşınmaz əmlakın dəyərinin 30% ilkin ödəniş qismində çıxış edir. Krediti almaq üçün üçədək birgə borcalan çıxış edə bilər.

Hazırda Xalq Bank ölkədə ipoteka kreditləşməsi sahəsinin liderlərindən biridir və bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir. Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti şərtləri və məbləğinə görə bazarda ən cəlbedici təkliflərdən biridir. Bankın digər kredit məhsulları haqqında daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et