Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Bank” ASC-nin yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.
Bu barədə bankdan bildirilib.
Məlumata görə, emissiya “Xalq Bank”ın dövriyyədə olan 3 630 300 ədəd səhminin nominal dəyərinin 58,3 manatdan 62 manata çatdırılmasını nəzərdə tutur. Son nəticədə bankın nizamnamə kapitalı 13 432 110 manat və yaxud 6,35% artaraq 211 646 490 manatdan 225 078 060 manata çatacaq. Kapital artımı ötən illərdə əldə edilmiş mənfəət hesabına həyata keçiriləcək.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.
Mənbə: Report.az