WhatsApp istifadəçilərin çoxdan gözlədiyi yeni funksiya hazırlığındadır | Banco.az

WhatsApp istifadəçilərin çoxdan gözlədiyi yeni funksiya hazırlığındadır

Tamara Mustafayeva, Banco.az

Mesajlaşma tətbiqi olan WhatsApp platformasında artıq istifadəçilər söhbət tarixçələrini başqa cihazlara köçürə biləcəklər.

Dünyanın müxtəlif yerlərindən 2 milyarda yaxın istifadəçisi olan məşhur mesajlaşma tətbiqində insanların ən çox problem yaşadıqları məsələ söhbət tarixçələrinin köçürülməsidir. Yeni telefon alındığı və həmin cihaza WhatsApp tətbiqi yüklənildiyi zaman köhnə cihazdakı söhbət tarixçəsini yeni cihaza köçürmək elə də asan olmur. Xüsusən də, Android əməliyyat sistemindən iOS-a və ya əksinə proses daha da çətin icra edilir. Odur ki, mesajlaşma nəhəngi bunu mümkün hala gətirmək üçün yeni funksiya üzərində işləyir.

Banco.az WABetaInfo saytına istinadla bildirir ki, WhatsApp tətbiqinin veb formatında hazırda bu funksiya sınaqdan keçirilir və mütəxəssislərin fikrincə, proses uğurla icra edilir. Cihazlar arasındakı sinxronizasiya Wi-Fi vasitəsilə həyata keçirilir. Yəni, hər iki cihaz da eyni anda Wi-Fi şəbəkəsinə bağlı olmalıdır.

Facebook Messenger, Telegram, Slack kimi mesajlaşma tətbiqləri uzun müddətdir ki, bu funksiyadan istifadə edirlər. WhatsApp-ın da sözügedən yenilik ilə çoxdan gözlənilən imkanı yaradacağını deyə bilərik. Sınaq müddətinin başa çatmasından sonra yaxın günlərdə sözügedən funksiyanın istifadəçilərin bəyənisinə təqdim ediləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp istifadəçiləri artıq bildirişləri birdəfəlik səssizləşdirə biləcəklər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et