Bank VTB (Azərbaycan) ölkədə gənclərin inkişafına dəstək çərçivəsində rus dilində XIV illik Olimpiadaya sponsorluq etmişdir.
Olimpiadada 350-dən çox Azərbaycan məktəbinin rus dilində təhsil alan şagirdi iştirak edib.
Şuşa şəhəri ilinə, eləcə də şair, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 305, şairə Xurşudbanu Natəvanın 190 illik yubileylərinə həsr olunmuş olimpiadanın ikinci mərhələsinin yekunlarına əsasən Azərbaycanın 320-dən çox rus bölməli məktəbindən 31 qalib seçilib.
İyunun 3-də Azərbaycan Dillər Universitetində mükafatlandırma mərasimi keçirilib. Qaliblər qiymətli hədiyyələr alıb, həmçinin xüsusi təşkil olunmuş “Nə? Harada? Nə zaman?" oyununda iştirak etdilər.
Oyunda qalib gələn komanda VTB (Azərbaycan) tərəfindən xüsusi hədiyyələr qazanıb.
“Gənclərin inkişafına dəstək VTB (Azərbaycan)-ın prioritetlərindən biridir. Biz bir bank olaraq uşaqlarımızın təhsilinə, mədəni dəyərlərin inkişafına, gənclərin gələcək nəsli arasında savadlılığa və təhsilə hər zaman dəstək olmağa hazırıq və şadıq”, - deyə, VTB-nin Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin mükafatlandırılma mərasimində bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!