"Vətəndaşların kreditləri ödəməsi ilə bağlı təkliflər hazırlanır" | Banco.az

"Vətəndaşların kreditləri ödəməsi ilə bağlı təkliflər hazırlanır"

“Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır”. 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimallaşdırmaq üçün təkliflər verilib, İşçi Qrupu formalaşdırılıb: 

Ən sərfəli kredit üçün müraciət et

“İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-dək bu təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun”.

O əlavə edib ki, Prezidentin siyasi iradəsi ilə insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngülləşdirməyə çalışacaq:

“Bunun hansı formada olacağı isə təkliflərdən asılı olacaq”

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç