Vergilər Nazirliyi Şamaxıda yerləşən Təlim Mərkəzində müxtəlif sahələlər üzrə təlimlərə başlayır | Banco.az

Vergilər Nazirliyi Şamaxıda yerləşən Təlim Mərkəzində müxtəlif sahələlər üzrə təlimlərə başlayır

14 iyun tarixində Vergilər Nazirliyinin Pirquluda (Şamaxı) yerləşən Təlim Mərkəzində “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “kriptovalyutalar”, “elektron pul dövriyyəsi”, “maliyyə aləti” və digər mövzularda təlim keçiriləcək.

Tanınmış rus ekspertlərinin iştirakı iləı keçiriləcək təlim dünyada elektron pulların müasir tendensiyaları ilə tanış olmaq üçün unikal bir proqram olacaq.

Təlim zamanı (6 saat) natiqlər (Ruslan Makarov və Anastasiya Dmitriyevna Zatochka) rəqəmsal iqtisadiyyat dünyasının və kripto-valyuta bazarlarının mövcud reallıqlarını izah edəcəklər.  O cümlədən, rəqəmsal iqtisadiyyatın maliyyə bazarının alətlərinin formalaşdırılması prinsipləri izah olunacaq, eləcə də, elektron pul konturları, kripto-valyutalar, ayələr, notlar barədə danışılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, təlimdə bir nəfər üçün iştirak haqqı 650 AZN müəyyən edilib.

Bir  təşkilatdan iki və ya daha çox iştirakçı qeydiyyatdan keçdiyi halda  iştirak haqqı 1 nəfər 400 AZN hesablanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et