Müəllif:Ayşən İmanova/Banco.az
Aprelin 25-dən Venesiyaya bir günlük gələn turistlər şəhəri ziyarət etmək üçün 5 avro ödəməli olacaqlar.
Banco.az xəbər verir ki, səyahət etməzdən əvvəl turist xüsusi internet saytında qeydiyyatdan keçməli, ödəniş etməlidir. Vergi ödəmiş turist ödənişin təsdiqi kimi QR kodu alacaq. Qanunu pozanları 30 avrodan 500 avroya qədər cərimə gözləyir. Yoxlamalar təsadüfi qaydada aparılacaq.
Yerli sakinlər, tələbələr, yerli işçilər və 14 yaşdan kiçik uşaqlar vergi ödəməli olmayacaqlar.
Qeyd edək ki, Venesiya uzun müddətdir ki, şəhəri milyonlarla turistin yaratdığı dağıntılardan xilas etməyə çalışır. 55 min əhalisi olan şəhər hər il 30 milyona qədər turist qəbul edir. İnsan axını Venesiyada səs-küy və çirklənmənin səviyyəsini artırır. Bütün bunlar yerli sakinlərin narahatçılığı ilə yanaşı, şəhərin mədəni-memarlıq irsinə də xələl gətirir.
Bizi sosial şəbəkələrdən izləyin!!