ABŞ-ın "United Airlines" aviaşirkəti ilk uzun məsafəli, təxminən, 7 mlrd dollar dəyərində 50 ədəd "Airbus SE A321 neo" sərnişin təyyarəsi sifariş verib.
Fransanın "Airbus" şirkəti sifariş verilən təyyarələrin çatdırılmasına 2024-cü ildən başlayacaq.
Məlumata görə, "United Airlines" şirkəti yerli təyyarə istehsalçısı "Boeing"in "Boeing 757" tipli sərnişin təyyarələrini "Airbus XLR" modelləri ilə əvəz etməyi planlaşdırır.
Xatırladaq ki, ABŞ-ın təyyarə istehsalçısı analoji modelləri köhnəldiyinə görə istehsalını 15 il əvvəl dayandırıb.
Report.az