UNİBANK-ın aktivləri artıb | Banco.az

UNİBANK-ın aktivləri artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Unibakın aktivləri 27,74%  artıb. Bankın cəmi kredit portfelində isə 24,47% artım qeydə alınıb. Bu haqda, Banco.az portalı Unibankın rəsmi saytında olan məlumatlara istinadən xəbər verir. Belə ki, Unibank 2015-ci ilin birinci rübünə olan hesabatı açıqlayıb. Aktivlərlə yanaşı faiz gəlirlərində də 15,61 % artım müşahidə olunub.

Lakin dolların devalvasiyası son 5 il ərzində stabil yüksəlişi qeydə alınan Unibanka da təsirsiz ötüşməyib. Belə ki, ötən illərlə müqayisədə Unibankın mənfəət göstəricisi aşağı enib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə Bankın mənfəəti 69.52% azalmışdır

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı Bankın ayırdığı məqsədli ehtiyatların da həcmi iki dəfə artaraq 38.417 mln manata çatmışdır. 

Yalnız bütün bunlara baxmayaraq hesabatlara istinadən kapitalda ötən il ilə müqayisədə 22,59 % artım qeydə alınıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et