Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib | Banco.az

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilmişdir.

Müşviqabad qəsəbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi, kollektivi qoşulmuşdur.

Bu aksiya Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et