Yağışdan qaçarkən sərvət tapdı: Mağaradan 7 kiloqram qızıl çıxdı | Banco.az

Yağışdan qaçarkən sərvət tapdı: Mağaradan 7 kiloqram qızıl çıxdı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cənubi Afrikada baş verən maraqlı hadisə adi bir günün gözlənilməz kəşflə nəticələnməsi ilə diqqət çəkib. Vitvatersrand hövzəsində qoyun otaran bir çoban qəfil başlayan güclü yağışdan qorunmaq üçün yaxınlıqdakı mağaraya sığınıb. Lakin onu mağarada gözləyən sürpriz nə yağışdan, nə də fırtınadan qorunmaqla bağlı olub.

Banco.az xəbər verir ki, çoban mağaranın divarına söykənərkən daşların arasında qəribə bir boşluq olduğunu hiss edib.

Marağına qalib gələrək boşluğu araşdırmağa başlayan şəxs daşların boşaldığını görüb və arxadakı oyuqda parıldayan bir cisim aşkar edib. Oyuğu bir qədər genişləndirdikdə isə təxminən 7 kiloqram ağırlığında qızıl kütləsi ilə qarşılaşıb.

Tapıntının üzə çıxması qızılın mənşəyi ilə bağlı suallar yaradıb. Əsas müzakirə mövzusu bu qiymətli metalın əvvəllər kimsə tərəfindən mağarada gizlədilməsi, yoxsa təbii geoloji proseslər nəticəsində əmələ gəlməsidir. Hazırda təqdim olunan məlumatlarda qızılın mənşəyi və tapıntının sonrakı taleyi barədə ətraflı açıqlama yoxdur.

Vitvatersrand bölgəsi qızıl yataqları ilə tanınsa da, mağarada belə bir kütlənin aşkar edilməsi hadisəni daha da maraqlı edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram