Ülvi Mansurovun qardaşı Beynəlxalq Bankın tərəfdaşlığı ilə Çexiyada şirkət açıb | Banco.az

Ülvi Mansurovun qardaşı Beynəlxalq Bankın tərəfdaşlığı ilə Çexiyada şirkət açıb

Çexiyaya məxsus “Czech Construction Service” MMC adlı tikinti şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən xəbər verilib.

Şirkətin qanuni təmsilçisi Anar Eldar oğlu Mansurovdur. Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

MMC cari ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb.

Anar Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Ülvi Mansurovun qardaşıdır. Bundan başqa, Çexiya internet resurslarında qeyd edilib ki, şirkətin tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır.

Onu da qeyd edək ki, Ülvi və Anar qardaşları xalq artisti, bəstəkar Eldar Mansurovun övladlarıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et