Müəllif: Tamara Mustafayeva, Banco.az
“Berkshire Hathaway” şirkətinin kassasındakı nağd vəsaitlər rekord vurub.
Banco.az xəbər verir ki, milyarder investor Uarren Baffetin şirkəti “Berkshire” investisiya strategiyasına uyğun variantların olmaması səbəbindən bu müddət ərzində nağd pullu saxlamağı üstün tutub.
Belə ki, “Berkshire Hathaway-in nağd pul ehtiyatları həm yüksək faiz dərəcələri, həm də Uorren Baffetin öz resurslarından istifadə edə biləcəyi uyğun sövdələşmələrin olmaması səbəbindən 157,2 milyard dollarla yeni rekord vurub.
Şirkətdən verilən açıqlamaya görə, “Berkshire”in kassalarında saxladığı məbləğ iki il əvvəl qeydə alınan pik səviyyəsini keçib.
Qeyd edək ki, holdinq, həmçinin, daha yüksək faiz dərəcələrinin pul vəsaitlərinə təsirindən və sığorta bizneslərində qazanclardan faydalandığı üçün əvvəlki ilə nisbətən sıçrayışla 10,76 milyard dollar əməliyyat mənfəəti də açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!