Google və Facebookda reklam verənlərin sayı Twitterdəkindən daha çoxdur. Lakin bu, Twitter üçün heç də faicəvi vəziyyət deyil. Çünki, o, ayrı-ayrı reklamlardan digər iki şirkətə nisbətən daha çox gəlir götürür.
Macquarie Securitiesin hesabatında görə 2014-cü ilin noyabr ayında Twitterdə reklam yerləşdirənlərin sayı 60.000 olub. Bu rəqəm Google və Facebookda müvafiq olaraq 2 və 4 mln olub.
Bu vəziyyət avantajlı görünməyə bilər. Lakin bunun əsas səbəbi odurki, Twitter böyük brend şirkətlərlə daha çox əməkdaşlıq edir. Yəni saytda kiçik və orta biznes müəssisələrinin reklamı daha az gedir.
Macquarienin açıqlamasına görə, Twitterin 2014-cü ildə hər bir reklam verəndən əldə etdiyi gəlir orta hesabla $21,000 olub. Bu göstərici Google və Facebookda müvafiq olaraq $16,000və $7,000 olub.