Müəllif: Tamara Mustafayeva, Banco.az
Oktyabrda Türkiyənin xarici ticarət kəsiri azalıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatları oktyabr ayında xarici ticarət kəsirinin azaldığını təsdiqləyib.
TÜİK məlumatlarına görə, ölkədə xarici ticarət kəsiri oktyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 17,5 faiz azalaraq 7,9 milyard dollardan 6,5 milyard dollara geriləyib.
Eyni dövrdə ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,4 faiz artaraq 22,9 milyard dollara, idxal isə 0,6 faiz artaraq 29,4 milyard dollara çatıb.
Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, ixrac isə 2023-cü ilin oktyabr ayında 4,6 faiz artaraq 19,7 milyard dollardan 20,6 milyard dollara yüksəlib. Sözügedən dövrdə enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla idxal da 18,8 faiz artaraq 18,6 milyard dollardan 22,1 milyard dollara çatıb. Bununla da, enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla xarici ticarət kəsiri 1,5 milyard dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!