Türkiyənin xarici ticarət kəsiri 1,5 ildən sonra ilk dəfə azalıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 1,5 ildən sonra ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarət kəsiri azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, 2023-cü ilin iyun ayında ixracat əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,5 faiz azalaraq 20 milyard 904 milyon dollara geriləyib. İdxal isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollar hesablanıb.

Bununla da, sözügedən dövrdə xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına nəzərən 37,3 faiz azalaraq 8 milyard 236 milyon dollardan 5 milyard 160 milyon dollara düşüb.

Bu dövrdə Türkiyə ən çox ixracı Almaniyaya reallaşdırıbsa, ən çox idxalı da Çindən edib.

Ümumi ticarət sisteminə görə, 2023-cü ilin yanvar-iyun dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 123 milyard 341 milyon dollar, idxal isə 4,1 faiz artaraq 184 milyard 576 milyon dollar qeydə alınıb. 

Yanvar-iyun dövründə isə xarici ticarət kəsiri 18,7 faiz artaraq 51 milyard 577 milyon dollardan 61 milyard 235 milyon dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram