Türkiyənin sənaye məhsullarının ixracı ötən ilin dekabrında rekorda çatıb | Banco.az

Türkiyənin sənaye məhsullarının ixracı ötən ilin dekabrında rekorda çatıb

Türkiyədə sənaye məhsullarının ixracı ötən ilin dekabr ayında 2020-ci ilin rekord həddinə çatıb – 13,3 mlrd. ABŞ dollarından çox.

Bu barədə Türk İxracatçılar Şurasının açıqlamasında deyilir.

Qeyd olunur ki, dekabrda ölkənin sənaye məhsullarının ixracı noyabr ayına nisbətən 9%, 2019-cu ilin eyni dövrünə ilə müqayisədə isə 15,8% artıb. İxracda ən yüksək artımı ölkənin müdafiə və aviasiya sənayesi göstərib.

Ötən il Türkiyədə sənaye məhsullarının ixracı 2019-cu ilə nisbətən 7,6% azalaraq 127,64 mlrd. dollar təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram