Türkiyənin iri avtomobil şirkəti Azərbaycanda filialını açır | Banco.az

Türkiyənin iri avtomobil şirkəti Azərbaycanda filialını açır

Avqustun 15-də Vergilər Nazirliyi Türkiyənin "BMC Otomotiv Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

Filialın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xiyski pr, ev 85, m 31-dir. Qanuni təmsilçi Türkiyə vətəndaşı Çınar Sedatdır. 

Ötən ilin Noyabr ayında Bakı Nəqliyyat Agentliyi (BNA)"BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobus alınması üçün 141 milyon 801 min 180 manat məbləğində müqavilə bağlayıb. Bir avtobus dövlət büdcəsinə 472 min 670 manata və ya 280 min ABŞ dollarına başa gələcək. 

Ən sərfəli kredit üçün müraciət et

1964-ci ildə qurulan BMC Türkiyənin ən böyük avtomobil istehsalçılarından biridir. Bu gün BMC, İzmir Pınarbaşındakı 250 min kvadratmetrlik zavodunda avtobus, yük avtomobili, zirehli və hərbi avtomobillər istehsal edir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et