Türkiyənin ilk yerli və milli rabitə peyki kosmosa buraxılıb | Banco.az

Türkiyənin ilk yerli və milli rabitə peyki kosmosa buraxılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin yerli və milli rabitə peyki Türksat 6A kosmosa buraxılıb.

Banco.az xəbər verir ki, Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A Bakı vaxtı ilə saat 03:30-da ABŞ-ın Florida ştatındakı Keyp-Kanaveral Hərbi Hava Qüvvələri Stansiyasından kosmos səyahətinə başlayıb.

Türk mühəndisləri tərəfindən hazırlanmış ilk yerli və milli peyk olan Türksat 6A İlon Maska məxsus "Space X" şirkətinin Falcon 9 raketi ilə 40-cı Başlama Kompleksindən kosmosa göndərilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə dəfə təxirə salınan buraxılış əməliyyatı ləngiyib.

Qeyd edək ki, Türksat 6A kosmosa müvəffəqiyyətlə göndərildikdən sonra stansiyalar vasitəsilə bütün orbit və alt sistem yoxlamaları aparılacaq və peyk 42 dərəcə şərq uzunluğunda orbitinə doğru kosmik səyahətinə başlayacaq. Bu səyahətin tamamlanmasıyla orbital sınaqlar mərhələsi başlayacaq və Türksat 6A "Türksat" şirkəti tərəfindən qəbul edilərək ən az 1 ay davam edəcək sınaqlardan sonra istifadəyə veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Dünyadan 35 min 786 kilometr uzaqlıqda yerləşəcək Türksat 6A 20 Ku Band transponderi ilə xidmət göstərəcək. Peykin fəaliyyətə başlaması ilə Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin 65 faizdən çoxuna çata biləcək. Türkiyənin peyklərinin çatdığı əhali də 3,5 milyarddan 5 milyarda yüksələcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et