“Türkiyənin böyük “enerji aclığı” yeni yataqların kəşfinə ehtiyac yaradır” – TESPAM prezidenti | Banco.az

“Türkiyənin böyük “enerji aclığı” yeni yataqların kəşfinə ehtiyac yaradır” – TESPAM prezidenti

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Dünyada neft və qaza olan tələb artmaqdadır. Hesab edirəm ki, təbii qaz bir müddət də gələcəyin enerjisi olmaqda davam edəcəkdir”.

Bu fikirləri Banco.az- açıqlamasında TESPAM (Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzi)nin rəhbəri Oğuzhan Akyener bildirib.

Ötən il Qara dənizdə 710 milyard kubmetrlik təbii qaz ehtiyatının kəşf edildiyini vurğulayan Akyener bildirdi ki, bu Türkiyənin uzunmüddətli kəşflərinin nəticəsi olaraq mümkün olmuşdur:

“Sürətlə böyüyən Türkiyənin “enerji aclığı” var. Türkiyədə enerji istehlakı 2050-ci il üçün  80 milyard kubmetr  proqnozlaşdırılsa da, hazırda yeni məlumat 78 milyard kubmetr ətrafındadır.

Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir. Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın verilməsi də bu ilə planlaşdırılır. Hazırda son məlumat olaraq TPAO Qara dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

“Sakarya” qaz yatağının istehsal imkanları geniş olsa da, gələcək istehlak səviyyəsi hələ də yeni qaz yataqlarının kəşfinə ehtiyac olduğunu sübut edir”.

 Noyabrın 22-də baş tutan Beynəlxalq Qara Dəniz Enerji Konfransı baş tutdu.  Xüsusilə Balkan və Cənub-Şərqi Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən bu konfrans Azərbaycanın da daxil olduğu təbii qaz ixrac şəbəkəsinin əhəmiyyətini ortaya qoymuş oldu.

Oğuzhan Akyener hesab edir ki, bu konfrans əməkdaşlığı gücləndirmək kimi amillərə xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

Türk dünyası vasitəsilə əlavə 100 milyard kubmetrə qədər təbii qaz ixrac olunması barədə danışan TESPAM prezidenti qeyd etdi ki, bunun üçün investisiya proseslərini gücləndirmək, türk dövlətləri təşkilatının daha səmərəli fəaliyyət göstərməsi lazımdır.

O.Akyener əlavə Azərbaycan qazının Avropaya nəqli ilə bağlı məsələlərə də toxundu:

“Əlavə Azərbaycan qazının Avropaya nəqli  üçün “Ümid–Babək” yataqlar blokunda müvafiq yerüstü qurğular, qazma, xüsusilədə Xəzər dənizində qazma qurğusu qurmaq kimi məsələləri həll etmək lazımdır. Hazırda Xəzər dənizində qazma qurğusu qurmaq kimi problemlər var. Eyni zamanda  sahə genişləndirmə məsələləri həll edilməlidir. Bununla yanaşı TANAP-ın da imkanlarının genişləndirilməsinə ehtiyac var. Söhbət  5 milyard kub metrlik əlavə qazın Avropaya nəqlindən gedir.Bunun üçün təqribən beş-səkkiz il vaxt lazımdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et