Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə 168 milyon 455 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,2% və ya 23 milyon 424 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 11 milyon 706 min manat və ya 12,2% artaraq 107 milyon 372 min manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında yaşam sığortası üzrə yığımlar 145 milyon manata, ödənişlər isə 95,7 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!