Türkiyədəki bankların xarici valyutadakı öhdəlikləri 340 milyard dolları aşıb | Banco.az

Türkiyədəki bankların xarici valyutadakı öhdəlikləri 340 milyard dolları aşıb

Türkiyədəki bank sektorunun cəmi xarici valyutadakı aktivləri, 2018-ci ilin sonu ilə müqayisədə 5,5% artımla İyun ayının sonunda 302 milyard dollara çatıb.

Türkiyə Respublikası Mərkəzi Bankı "Bank sektoru statistikaları - İyun 2019" hesabatını açıqlayıb.

2019-cu ilin İyun ayında, Türkiyədəki bank sektorunun cəmi xarici valyutadakı aktivləri, 2018-ci ilin sonu ilə müqayisədə 5,5% artımla 302 milyard dollara, bank sektorunun qeyri-bank sektordan xarici valyutada alacaqları isə 4,8% artımla 186,1 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyədəki bank sektorunun cəmi xarici valyutadakı öhdəlikləri 2018-ci ilin sonu ilə müqayisədə 5,8% artımla 342,9 milyard dollar, qeyri-bank sektora olan xarici valyuta öhdəlikləri isə 12,1% artımla 247,5 milyard dollara yüksəlib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et