Türkiyədə ötən ilin son rübündə işsizlərin sayı 148 min nəfər artıb | Banco.az

Türkiyədə ötən ilin son rübündə işsizlərin sayı 148 min nəfər artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə 2022-ci ilin sonuncu rübündə işsiz əhalinin sayı artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Bürosunun (TÜİK) məlumatlarına görə, ölkədəişsizlərin sayı 2022-ci ilin 4-cü rübündə əvvəlki rüblə müqayisədə 148 min nəfər artaraq 3 milyon 583 min nəfərə çatıb. İşsizlik nisbəti də 0,2 faiz bəndi artaraq 10,2 faiz olub.

2022-ci ilin 4-cü rübündə məşğul əhalinin sayı isə əvvəlki rüblə müqayisədə 565 min nəfər artaraq 31 milyon 460 min nəfər, məşğulluq səviyyəsi də 0,7 bənd artımla 48,4 faiz olub. Bu göstərici kişilərdə 65,8% olduğu halda, qadınlarda 31,3% olub.

TÜİK-in məlumatına görə, 15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,5 faiz bəndi artaraq 19,2 faiz hesablanıb. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilər üçün 15,8 faiz, qadınlar üçün isə 25,5 faiz qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et