Türkiyədə karyeranızı inkişaf etdirəcəyiniz 15 ən yaxşı şirkət | Banco.az

Türkiyədə karyeranızı inkişaf etdirəcəyiniz 15 ən yaxşı şirkət

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə karyeranıza istiqamət verəcək 15 ən yaxşı şirkət açıqlanıb.

Banco.az xəbər verir ki, süni intellekt texnologiyalarının iş üsullarını sürətlə dəyişdirdiyi, ofisə qayıdış siyasətlərinin yenidən formalaşdığı bir dövrdə davamlı uğur üçün peşəkar inkişafı dəstəkləyən iş yerləri ön plana çıxır.

LinkedIn-in bu dəyişiklik prosesinə işıq tutan və hər il yayımladığı “Top Companies” (Ən Yaxşı Şirkətlər) siyahısı 2025-ci il etibarilə Türkiyədə karyera inkişafı baxımından ən yaxşı 15 şirkəti müəyyən edib. Bu siyahı hazırlanarkən şirkətlərin əməkdaşlarına nə dərəcədə inkişaf imkanları təqdim etdiyi, yüksəliş (karyera artımı) şansları və bacarıq qazandırma səviyyələri nəzərə alınıb.

Məlumatlara əsasən, qarşıdakı beş il ərzində iş elanlarında tələb olunan bacarıqların 70 faizi dəyişəcək. Artıq yalnız işə qəbul olunmaq deyil, bu dəyişikliklərə uyğunlaşa biləcək bir korporativ mədəniyyətin içində olmaq da olduqca önəmlidir. Hər dörd peşəkardan biri bu transformasiyaya hazırlaşmaq üçün yeni bacarıqlar öyrənməyi planlaşdırır. Bu da şirkətlərin əməkdaşlarını davamlı inkişafa təşviq edən strukturlar qurmasını zəruri edir.

LinkedIn 2025 – Türkiyədə Karyera İnkişafı üçün Ən Yaxşı 15 Şirkət:

  1. Procter & Gamble

  2. Sabancı Holding

  3. Medtronic

  4. Aselsan

  5. GE Aerospace

  6. AstraZeneca

  7. Roketsan

  8. Doğan Online (DOL)

  9. Nokia

  10. Etiya

  11. Abbott

  12. EY (Ernst & Young)

  13. Siemens

  14. Shell

  15. Türkiye İş Bankası

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram