Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə bu ay istehlakçı inam indeksi 80,1 punkta enərək yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, bu ay ərzində USD/TL məzənnəsi kəskin yüksələrkən, istehlakçı inamında da azalma müşahidə olunub.
Türkiyə Statistika Təşkilatı (TÜİK) və Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilə birgə həyata keçirilən istehlakçı meylləri anketinin nəticələrinə görə hesablanan İstehlakçı İnam İndeksi iyundakı 85,1 dəyərindən bu ay 5,9 faiz bəndi azalaraq 80,1 dəyərinə geriləyib.
Proqnozlar da əsasən bu istiqamətdə idi.
Qeyd edək ki, indeksin təfərrüatlarına nəzər saldıqda istehlakçının həm cari vəziyyəti qavrayışında, həm də gələcək gözləntilərində azalma müşahidə edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!