Türkiyədə inflyasiya göstəriciləri proqnozlardan aşağı olub | Banco.az

Türkiyədə inflyasiya göstəriciləri proqnozlardan aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə aylıq inflyasiya silsiləsi mart ayında da davam edərək 51-ci aya yüksəlib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Bu məlumatlara görə, istehlak qiymətləri mart ayında əvvəlki ayla müqayisədə 2,29 faiz artıb.

İllik inflyasiya isə 50,51 faiz olub. Əsas göstərici üzrə illik artım 47,36 faiz təşkil edib.

Qeyd edək ki, mart ayında indeksdə yer alan 143 əsas başlıqdan 24 əsas başlığın göstərciləri düşdüyü halda, 8 əsas başlığın indeksində dəyişiklik baş verməyib. 111 əsas başlıq indeksində isə artım olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram