"Türkiyə və İraq enerji sahəsində yeni əməkdaşlığa başlayır" – TESPAM rəhbərindən AÇIQLAMA | Banco.az

"Türkiyə və İraq enerji sahəsində yeni əməkdaşlığa başlayır" – TESPAM rəhbərindən AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Türkiyə ilə İraq arasında effektiv əməkdaşlıq modeli tətbiq olunarsa, 2050-ci ilə qədər İraq neft hasilatını sutkada 10 milyon barelə çatdıra bilər”.

Bu fikirləri Banco.az- açıqlamasında TESPAM (Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzi)nin rəhbəri Oğuzhan Akyener bildirib.

 Təbii qaz hasilatını ildə 88 milyard m3-ə çatdırmağın texniki və iqtisadi cəhətdən mümkün oduğunu vurğulayan Akyener qeyd edib ki, qalan hissə isə təbii qaz yataqlarından əldə ediləcək. O hesab edir ki, iki dövət arasında belə effektiv əməkdaşlıq prosesi ilə İraq güclənəcək və bölgə terrordan təmizlənəcək.

“Təbii ki, bütün bu prosesləri yoluna qoymaq üçün ilk növbədə təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq qurulmalıdır. Siyasi mənada xarici maneələrin qarşısını almaq üçün müvafiq layihə makro prizmadan qiymətləndirilir və güc mərkəzlərinin müxtəlif fazalarda ortaq olması təmin edilməlidir. Çünki bu tipli böyük layihə yerləşdiyi yerdən asılı olaraq ABŞ, Çin, Rusiya və İran, Aİ və Hindistanın xeyrinə ola biləcək imkanları ehtiva edə bilər. Bunun üçün çoxşaxəli diplomatiya prosesi aparılmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin perspektivləri barədə danışan Akyener qeyd edib ki, iki dövlət arasındakı bu əməkdaşlıq, bir çox sahədə məhsuldar olacaq:

“Enerji sahəsində investorlar Şimali İraqdakı neft və təbii qaz yataqlarını cəlb edə biləcəklər.Eyni zamanda elektrik infrastrukturu gücləndirilə bilər. Bununla yanaşı neft və təbii qaz hasilatı artırıla bilər.

Nəticədə, Türkiyə üzərindən ixrac marşrutları gücləndirilərək, İraqın Hörmüz boğazından ixracı artırılacaq.

Məsələnin logistik riskləri də qaçılmazdır. Bu yolla qlobal neft tədarükü ilə bağlı risklər azaldıla bilər,

İraq nefti Avropa bazarlarına çox daha asan, iqtisadi və tez açıla biləcək. Gücləndirilmiş investisiya və məşğulluq imkanları ölkədə böyük inkişaf prosesinə nail olmağa imkan verir. İqtisadi inkişafla yanaşı istehsal, sənayeləşmə və logistika kimi imkanlar da inkişaf edəcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et