Türkiyə Respublikası Mərkəzi Bankı rekord zərər elan edib | Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı rekord zərər elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) rekord zərər elan edib.

Banco.az xəbər verir ki, TCMB-nin Rəsmi Qəzetdə balans hesabatı dərc edilib.

Hesabata görə, mərkəzi bank 2023-cü ildə 818,2 milyard TL zərər açıqlayıb.

Bank 2022-ci ildə 72 milyard TL mənfəət əldə etmişdi. 

Balans hesabatında qiymətləndirmə hesabı maddəsi isə 817,8 milyard TL təşkil edib.

Qeyd edək ki, TCMB-nin itkisi likvidliyin idarə olunması baxımından da əhəmiyyət daşıyır. Belə ki, TCMB-dən Xəzinədarlığa heç bir mənfəət transferi olmayacağı üçün bu vəziyyətin likvidliyin genişlənməsinə mane olacağı gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən illərdə TCMB əldə etdiyi mənfəəti ehtiyat fond kimi Xəzinədarlığa köçürürdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et